...

Hacı Məmmədovun məhkəməsində təqsirləndirilən şəxs Yagir Məmmədov sualları cavablandırıb

Cəmiyyət Materials 13 Oktyabr 2006 14:12 (UTC +04:00)

Oktyabrın 13-də Hacı Məmmədovun məhkəməsində təqsirləndirilən şəxslərdən Yagir Məmmədov prokurorların suallarını cavablandırıb. Trend xəbər verir ki, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi 25 nəfərdən ibarət bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Y.Məmmədov suallara cavab olaraq bildirib ki, irəli sürülmüş ittihamlarla tam razı deyil. Prokurorlar təqsirləndirilən şəxsdən banda başçısı Hacı Məmmədovla hansı şəkildə tanış olması və sonrakı münasibətləri ilə bağlı soruşublar. Y.Məmmədov bildirib ki, 1998-ci ildə Hacı Məmmədova məxsus "Qarabulaq" istirahət mərkəzindəki tikintidə muzdlu fəhlə kimi işləyərkən Hacı ilə tanış olub. Sonrakı əlaqələrinin yaranmasında banda üzvü Malik Məmmədov vasitəçilik edib.

Y.Məmmədov deyib ki, ilk dəfə banda üzvü Boris Ayyubovun qətlində sürücü kimi iştirak edib. Mən ancaq Borisi maşına qoyub Hacının yanına gətirməkdə köməklik etmişəm. Ancaq onun öldürüləcəyini bilməmişəm. Mənə demişdilər ki, Hacının onunla başqa söhbəti var".

Y.Məmmədovun sözlərinə görə, o, digər ağır cinayətlərdə də sürücü kimi iştirak etdiyini bildirib və Hacıdan ehtiyat etdiyi üçün bandanı tərk etməyə cürəti çatmayıb.

Məhkəmə iclası Yagir Məmmədovun dindirilməsi ilə davam edir.

Xəbər lenti

Xəbər lenti