...

"Belçika-Azərbaycan Evi"nin rəhbəri Nazim İbrahimovla görüş keçirib

Cəmiyyət Materials 16 Oktyabr 2006 13:50 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycanda işgüzar səfədə olan "Belçika-Azərbaycan Evi" cəmiyyətinin sədri Bülənt Gürcam Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüş keçirib. Bu barədə Trend ə Bülənt Gürcam məlumat verib.

O, bildirib ki, görüşdə "Belçika-Azərbaycan Evi"nin həyata keçirmək istədiyi tədbirlər, hazırladığı layihələr barədə Nazim İbrahimova məlumat verib. Onun sözlərinə görə, Komitə sədri sözügedən tədbirlərin təşkilini ideyasını müsbət qarşılayıb və təqdir edib. B.Gürcamın sözlərinə görə, N.İbrahimov Belçikada keçiriləcək tədbirlərə Dövlət Komitəsinin lazımi yardımları göstərəcəyini deyib.

Bülənt Gürcam onu da bildirib ki, Azərbaycan mədəniyyətinə, milli kulinariyasına dair kitab nəşr olunub və yaxın günlərdə onun təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur. "Azərbaycan milli mətbəxi" adlanan kitab fransız dilində çap olunub və Fransa, Lüksemburq və Belçikada, həmçinin fransızdilli turistik yerlərdə satışa çıxarılması nəzərdə tutulub. Kitabda Azərbaycan milli mətbəxi, həmçinin ölkəmiz, onun mədəniyyəti barədə məlumatlar verilir. 143 səhifəlik kitab 1000 tirajla çıxıb.

Xəbər lenti

Xəbər lenti