Çexiya Respublikasında fəaliyyət göstərən "Azər-Çex" Cəmiyyətinin Avropanın ən qədim təhsil ocaqlarından sayılan Karl Universiteti (1348-ci ildə yaranıb) ilə birgə layihəsi çərçivəsində Çexiyanın 26-dan çox ali məktəblərində azərbaycanlı tələbələr pulsuz təhsil almaq imkanına malik olacaqlar. Bu barədə Trend ə "Azər-Çex" Cəmiyyətindən məlumat verilib.
Bu layihədə bütün abituriyentlər istirak edə bilərlər. Bu ödənişsiz təhsil üçün yeganə şərt təhsilin çex dilində olmasıdır. Universitetə daxil olan tələbələr, Cexiya Respublikasında təhsillərini davam etdirmək ücün
təhsil vizası və tələbə yataqxanası ilə təmin olunacaqlar.
Çex dilini bilməyənlər ücün isə, Karl Universitetinin dil və ixtisasa Hazırlıq şöbəsi hazırlıq kursu təşkil edir. Statistikaya əsasən, kursu bitirən tələbələrin 95% ali məktəbə uğurla qəbul olunurlar.