...

Xaricdə təhsil alan azərbaycanlıların işlə təmin olunma problemləri müzakirəyə çıxarılıb

Cəmiyyət Materials 20 Oktyabr 2006 16:24 (UTC +04:00)

Oktyabrın 20-də Beynəlxalq Mətbuat Mərkəzində AKTAM (Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı) Azərbaycanda Iətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə "Xaricdə təhsil alan azərbaycanlıların işlə təmin olunma problemləri" mövzusunda dəyirmi masa keçirilib. Trend in məlumatına görə, tədbirdə xaricdə təhsil almış azərbaycanlıların burada işlə təmin olunma problemləri barədə danışılıb.

AKTAM-ın rəhbəri Natiq Əhmədov bildirib ki, hələ ilk Azərbaycan Demokratik respublikası dövründə parlament tərəfindən 100 abituriyentin xaricə oxumağa göndərilməsi haqqında qərar qəbul edilmişdi. Ölkələr sırasına İngiltərə, İtaliya, Fransa, Türkiyə və Rusiya aid idi. Qurum rəhbərinin sözlərinə görə, onlar ölkəyə qayıtdıqdan sonra çalışdıqları sahədə öz işləri və bilikləri ilə böyük uğurlar qazanıb, rəhbər vəzifələrdə işləyiblər. Lakin onların çoxu 30-cu illərdə DTK tərəfindən "alman casusları" və Azərbaycanın müstəqilliyini bərpa etməyin tərəfdarları kimi həbs edilirdilər.

Keçən əsrin 20-70-ci illərində də Azərbaycandan kənarda, keçmiş SSRİ-nin müxtəlif aparıcı ali məktəblərində kadr hazırlığı aparılırdı. 1969-cu ildə mərhum prezident H. Əliyev Azərbaycana rəhbər seçildikdən sonra bu proses bir qədər sürətləndi. Tədbirdə qeyd olunub ki, Azərbaycan müstəqillik qazandıqdan sonra da xaricdə kadr hazırlığı davam etdirilir. Bu gün xaricdə təhsil həm dövlət xətti ilə, həm müxtəlif fondların, beynəlxalq təşkilatların dəstəyi ilə, həm də valideynlərin şəxsi vəsaitləri hesabına həyata keçirilir. Araşdırmalar göstərir ki, bu gənclər təhsil aldıqdan sonra respublikamıza qayıdarkən iş problemi ilə üzləşirlər. Adətən müxtəlif xətlərlə ( dövlət, və ya qeyri-dövlət ) xaricdə hazırlanmış mütəxəssislər barəsində məlumatlar dövlət və özəl təşkilatlara çatdırılmır.

Azərbaycanda Iətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse- prezidenti Vəli Əlibəyov AKTAM təşkilatı ilə birgə bu gün xaricdə təhsil alaraq respublikamıza qayıtmış mütəxəssislərin məlumat-informasiya bazasının yaradılması layihəsinin artıq icrasına başlandığını diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti