...

ÜST rəhbəri postuna namizəd Bakıdadır

Cəmiyyət Materials 25 Oktyabr 2006 13:00 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru postuna namizəd Tomris Türmen Bakıdadır. Bu barədə Trend ə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. T.Türmen ÜST rəhbəri postuna Türkiyədən olan namizəddir. Səfər çərçivəsində o, artıq Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevlə görüşüb. Səfər proqramına ölkənin xarici işlər nazirinin müavini Vaqif Sadıqov, XİN başçısı Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşlər daxildir. ÜST rəhbəri postuna namizəd Bakıda bu mövzuda məsləhətləşmələr aparmaq niyyətindədir.

Hazırda ÜST-nin baş direktoru postuna Türkiyə, Küveyt, Çin, Meksika, İslandiya, Myanma, Suriya, Fransa, Mozambik, Yaponiya, Ekvador, Finlyandiya və İspaniyadan 13 namizəd irəli sürülüb. Gedişində yeni baş direktorun seçiləcəyi İcraiyyə Komitəsiin iclası 2006-cı il noyabrın 6-8-də Cenevrədə keçiriləcək.

Məlumdur ki, ÜST-nin əvvəlki rəhbəri, 2003-cü ildən təşkilata rəhbərlik etmiş Çjon Uk Li mayın sonunda insultdan vəfat edib.

Xəbər lenti

Xəbər lenti