...

Bişkekdə Türk mədəniyyəti mərkəzinin yaradılması və Heydər Əliyevə abidə qoyulması planlaşdırılır

Cəmiyyət Materials 27 Oktyabr 2006 19:10 (UTC +04:00)

Bişkekdə Türk mədəniyyəti mərkəzinin yaradılması və Azərbaycanın eks-prezidenti Heydər Əliyevə abidənin qoyulması planlaşdırılır. Heydər Əliyev Fondunun Qırğızıstandakı nümayəndəsi Nüsrət Məmmədovun Trend ə verdiyi xəbərə görə, bu fikir Qırğızıstan prezidentinin müşaviri Bolotbek Şamşiyevlə görüşdə müzakirə olunub.

N.Məmmədovun sözlərinə görə, Qırğızıstan prezidentinin müşaviri bu məsələni ən yüksək səviyyədə müzakirə etməyə və şəhərin mərkəzində gələcək tikinti üçün torpaq sahəsinin ayrılmasına nail olacağına söz verib. B.Şamşiyev həmçinin hesab edir ki, hazırda Mustafa Kamal Atatürkün Bişkekdəki abidəsi Azərbaycanın eks-prezidenti Heydər Əliyevin gələcək abidəsi ilə yanaşı gələcək mərkəzin kompleksinə daxil olmalıdır.

B.Şamşiyev güman edir ki, gələcək Türk mədəniyyəti mərkəzi iki qardaş xalq arasında qarşılıqlı münasibətlərdə, iki suveren dövlət arasında möhkəm və uzunmüddətli münasibətlərin qurulmasında irəliləyiş olacaq.

Xəbər lenti

Xəbər lenti