...

Bakıda BMT ilə Ədliyyə Nazirliyinin insan hüquqlarına dair birgə tədbiri keçirilib

Cəmiyyət Materials 2 Noyabr 2006 13:23 (UTC +04:00)

Noyabrın 2-də Bakıda BMT ilə Ədliyyə Nazirliyinin insan hüquqlarına dair birgə dəyirmi masa keçirilib. Bu barədə Trend ə hüquq müdafiəçisi Çingiz Qəniyev məlumat verib.

Tədbir Azərbaycanda insan hüquqlarının təşviqi və müdafiəsi üçün imkanların və infrastrukturun gücləndirilməsi üzrə bir layihəsi çərçivəsində baş tutub. Masanın mövzusu məhkəməyə qədər həbslər zamanı vətəndaşların hüquqları ətrafında müzakirələr olub və məhkəməyə qədər həbslə bağlı beynəlxalq standartlar toplusunun təqdimatı keçirilib.

"Ədliyyə Nazirliyinin və tədbirdə iştirak edən hüquq müdafiəçilərinin BMT nümayəndələri ilə məhkəməyə qədər həbslər və işgəncələr ətrafında fikir mübadiləsi aparıldı. Mövzu ilə əlaqədar əsas diqqət Azərbaycanda vətəndaşların bu sahə ilə bağlı maarifləndirilməsi, məsələn, saxlanılan şəxsin məhkəməyə qədər necə hərəkət etməsinə, hüquqları ilə bağlı hansı tələbləri irəli sürməsinə yönəldilib. Çünki vətəndaşların böyük hissəsi bu bazımdan hüquqlarını bilmirlər" - deyə Ç.Qəniyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti