...

Azərbaycanın xalq artisti Gülşən Qurbanova vəfat edib

Cəmiyyət Materials 18 Noyabr 2006 14:04 (UTC +04:00)

Azərbaycanın xalq artisti Gülşən Qurbanova noyabrın 17-də 56 yaşında infarktdan dünyasını dəyişib.

Trend in xəbər verdiyi kimi, bu, aktrisanın keçirdiyi ikinci infarktdır. Xalq artisti uzun müddət Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edib. Son zamanlar isə bir sıra televiziya proqramlarının aparıcısı işləyib.

Bu həftə Azərbaycan artıq ikinci görkəmli mədəniyyət xadimini itirib. Xatırladaq ki, çərşənbə axşamı ölkə məşhur müğənni Oqtay Ağayevi son mənzilə yola salıb.

G.Qurbanovanın dəfn mərasimi bu gün Rəşid Behbudov adına Mahnı Teatrında keçəcək. Allah rəhmət eləsin.

Xəbər lenti

Xəbər lenti