Penitensiar sistemda çalışanların geyim formalarının dəyişdirilməsi ilə bağlı təkliflər hazırlamışıq. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Nazim Ələkbərov məlumat verib.
Rəis bildirib ki, hazırda təkliflərə baxılır və yaxın günlərdə penitensiar sistemdə çalışanlar yeni rəsmi geyimlərlə təmin olunacaqlar.
N.Ələkbərov həmçinin qeyd edib ki, gələcəkdə regionlarda fəaliyyətə başlaması nəzərdə tutulan cəzaçəkmə müəssisələrində yeni ştat cədvəlləri müəyyən ediləcək və işə qəbul elan olunacaq, bununla da penitensiar sistemdə çalışanların sayı xeyli artırılacaq.