...

DAK nümayəndə heyətinin Türkiyəyə səfəri başlayıb

Cəmiyyət Materials 27 Noyabr 2006 13:44 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresinin (DAK) geniş tərkibli nümayəndə heyətinin Türkiyəyə səfəri başlayıb. Bu barədə Trend ə DAK Məclisinin sədri Sabir Rüstəmxanlı məlumat verib.

DAK-ın sədri Cavad Derəxtinin rəhbərlik etdiyi nümayəndə heyətinə qurumun Sədr Aparatının, Məclisinin, müxtəlif ölkələrdəki nümayəndəliklərinin təmsilçiləri, həmçinin iş adamları daxidir. Sabir Rüstəmxanlı bildirib ki, nümayəndə heyəti paytaxt Ankarada və İstanbulda bir sıra görüşlər keçirəcək. Ankarda Türkiyənin bir neçə nazirliyində rəsmi şəxslərə, həmçinin diplomatik nümayəndəliklərdə, Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri, Azərbaycanın Türkiyədəki səfiri ilə görüş keçiriləcək. Dekabrın 1-də DAK-ın Türk Dünyası Araşdırmalır Vəqfinin Süleymaniyyə Kültür Mərkəzində Güney Azərbaycandakı vəziyyətə həsr olunmuş konfransı olacaq. Tədbirdə Türkiyənin və Azərbaycanın elm adamları, millət vəkilləri, DAK-ın xarici ölkə nümayəndələri və digər qonaqlar iştirak edəcək.

Türkiyənin qeyri-hökumət təşkilatlarında, media orqanlarında da görüşlər nəzərdə tutulub. DAK təmsilçiləri həmçinin mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, tədbir və görüşlərdə Azərbaycan Milli Məclisinin iki deputatı - DAK-ın Qadınlar Şurasının sədri Həvva Məmmədova və DAK-ın Məclis sədri Sabir Rüstəmxanlı da iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti