...

ATƏT-in mətbuat azadlığı məsələləri üzrə sədri Azərbaycana gələcək

Cəmiyyət Materials 1 Dekabr 2006 14:53 (UTC +04:00)

ATƏT-in mətbuat azadlığı məsələləri üzrə sədri Mikloş Xaraşti 2007-ci ilin əvvəlində Azərbaycana gələcək. Trend -in məlumatına görə, bu haqda ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi bildirib.

O qeyd edib ki, M.Xaraşti Azərbaycana ildə iki dəfə gəlir və onun sonuncu səfəri 2006-cı ilin oktyabrında olub. Növbəti səfər gələn ilin aprelinə kimi olacaq.

Xatırladaq ki, dünən Azərbaycanda söz azadlığının vəziyyəti üzrə Avropa Birliyinin bəyanatı elan edilib. Bəyanatda vəziyyətlə yaxından tanış olmaq üçün ATƏT-in mətbuat azadlığı məsələləri üzrə sədri Mikloş Xaraştinin Azərbaycana gəlişi də tövsiyyə olunub.

Xəbər lenti

Xəbər lenti