...

Soydaşlarımız Bişkekdə "Dünya Azərbaycanlılarının həmrəylik günü və dostluq, birlik, sülh" adlı ədəbi-bədii tədbir keçirəcək

Cəmiyyət Materials 6 Dekabr 2006 13:58 (UTC +04:00)

Qazaxıstanda fəaliyyət göstərən "TÜRKEL" Fondu dekabr ayının ikinci ongünlüyündə Qırğızıstanın paytaxtı Bişkek şəhərində "Dünya Azərbaycanlılarının həmrəylik günü və dostluq, birlik, sülh" adlı ədəbi-bədii tədbir keçirəcək. Trend bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat alıb.

Qeyd edək ki, Qazaxıstanda fəaliyyət göstərən "Türkel" Fondu türksoylu xalqları özündə birləşdirir. Fondla bərabər bu ölkədə "Türkel" adlı qəzet də nəşr olunur.

Qazaxıstanın Çu rayonunun soydaşlarımızın sıx yaşadığı Janijol (Yeni Yol) kəndində yaradılan Nəsimi adına Azərbaycan Milli Mədəniyyət Mərkəzi bu yaxınlarda rəsmi dövlət qeydiyyatından keçib. Milli Mədəniyyət Mərkəzinin prezidenti Tarıverdi Mirzəyev "Türkell" qəzetinə bildirib ki, dekabrın ikinci ongünlüyündə "Türkel" Fondu ilə birlikdə Qırğızıstanın Bişkek şəhərində "Dünya Azərbaycanlılarının həmrəylik günü və dostluq, birlik, sülh" adlı ədəbi-bədii tədbir keçirmək nəzərdə tutulub. Tədbirin həyata keçirilməsi üçün təşkilat komitəsinin yaradıldığını deyən T.Mirzəyevin sözlərinə görə, təşkilatçılıq işi "Türkel" Fondunun prezidenti Hökumə Xəlilovaya və Nəsimi adına Azərbaycan Milli Mədəniyyət Mərkəzinin vitse-prezidenti Sabir Muradova həvalə edilib.

Xəbər lenti

Xəbər lenti