...

ATƏT ANS-in verilişlərinin bərpasını təqdir edir

Cəmiyyət Materials 12 Dekabr 2006 16:51 (UTC +04:00)

ATƏT-in Bakı ofisi və KİV-in azadlığı barədə təşkilatının təmsilçiləri ANS özəl televiziya və radiosunun translyasiyasının bərpası barədə dünənki qərarı təqdir edib. Trend in verdiyi xəbərə görə, bu barədə ATƏT-in məlumatında deyilir.

Milli teleradio verilişləri şurası qeyd edib ki, ANS öz verilişlərini bərpa edə bilər ki, "bu yaxınlarda elan olunmuş tender bitənə qədər kanalın tezliyi boş qalmasın". Şura həmçinin izah edib ki, qərar "prezident İlham Əliyevin (xoşməramlı) iradəsinin, ictimai və hüquq xadimlərinin çoxsaylı müraciətinin" nəticəsində qəbul olunub.

"Biz ictimaiyyətin bu kanalı efirdə görmək arzusunu nəzərə alan Milli Şuranın siyasi çevikliyindən xəbər verən bu qərarı təqdir edirik" - deyə ATƏT-in fəaliyyətdə olan ofisinin rəhbəri Robin Sivord qeyd edib. "Biz başa düşürük ki, ANS-in işinin bərpası barədə qərar heç bir şərtlərlə ölçülmür və biz bunun sübutu olaraq kanalın redaktor üslubunu dəyişilməz görmək ümidindəyik"-deyə, o, söyləyib.

ANS-in istifadə etdiyi tezliyə elan olunmuş tender barədə danışarkən ATƏT-in KİV-in azadlığı üzrə təmsilçisi Mikloş Harşti qeyd edib ki, Azərbaycan xalqının müxtəlif mənbələrdən ölkədə, bölgələrdə və dünyada nə baş verdiyi barədə məlumat almaq hüququ var. "Biz ümid edirik ki, gələn ilin fevralında Milli Şura tezliyə verilmiş elanı nəzərdən keçirərkən bu proses plüralizmə diqqət yetirmək və Azərbaycan ictimaiyyətinin seçimini əks etdirmək üçün düzgün və transparent şərtlərlə keçiriləcək" -deyə o, əlavə edib.

Xəbər lenti

Xəbər lenti