...

ÜAK-ın Moskva təşkilatının sədri: "Rusiyada bəzi özəl şirkətlər qeyri-leqal yaşayan miqrantları aldadaraq pul qazanırlar"

Cəmiyyət Materials 14 Dekabr 2006 17:54 (UTC +04:00)

"Rusiyada miqrasiya ilə bağlı yeni qanun çıxandan sonra bəzi özəl şirkətlər ölkə ərazisində qeyri-leqal yaşayan miqrantları aldadaraq pul qazanmağa çalışırlar". Bu barədə Trend ə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva şəhər təşkilatının sədri İlqar Hacıyev məlumat verib.

O bildirib ki, Rusiya hökumətinin ölkədə qeydiyyatsız yaşayan və işləyən miqrantların deportasiya edilməsi, ticarətlə məşğul olmalarının məhdudlaşdırılmasına dair qərarından sonra ÜAK azərbaycanlıların üzləşdiyi problemlərin həllində onlara yardımlar göstərir: "Hazırda biz əsasən soydaşlarımıza hüquqi yardımlar göstəririk. Sənədlərinin qaydaya salınması, iş yerlərini qanuni çərçivəyə salmaları üçün gündəlik olaraq vəkillərimiz soydaşlarımı qəbul edir, qeydiyyat üçün hansı sənədlərin lazım gəldiyini başa salırlar. Bizim hüquqi yardımlarımızdan sonra qeydiyyata düşənlər də olub".

İ.Hacıyev bildirib ki, Rusiyadakı azərbaycanlıların çoxusu müvəqqəti yaşayış üçün, qonaq qismində gəliblər. Onlar Rusiyada yaşayışlarını qanuni çərçivəyə salmaları üçün maarifləndirilirlər: "Soydaşlarımıza qanuni proseduralar izah olunur ki, yeni qanundan istifadə edərək pul qazanmaq istəyən özəl şirkətlərə aldanmasınlar. Çünki Rusiyada miqrantları aldadaraq pul qazananlar var, onlar qanunsuz qeyiyyat aparır, miqrantları aldadıb pullarını alır, qeyri-qanuni möhürlər vurur, yalançı sənədlər verirlər. Bu da ona gətirib çıxarır ki, miqrantlar problemlərinin həll olunduğunu zənn edirlər, arxayınlaşıb otururlar".

İ.Hacıyev qeyd edib ki, belə hallarla rastlaşmamaq üçün ÜAK-ın nümayəndələri soydaşlarmızın kompakt yaşadığı yerlərdə görüşlər keçirir, onlar arasında yazılı məlumatlar yayırlar. ÜAK-ın 10 dairə üzrə rəhbəri də bu işlərlə məşğuldur. İ.Hacıyevin sözlərinə görə, Rusiyadakı Azərbaycan Respublikası vətəndaşlarından deportasiya olunan yoxdur. Lakin sənədləri qaydasında olmayanların sayı çoxdur və onlar yoxlamalar nəticəsində yaxalanırlar. İ.Hacıyev onu da deyib ki, miqrantların ticarətlə məşğul olmalarına məhdudiyyətlər qoyulması ilə əlaqədar azərbaycanlılar arasında işsiz qalanlar yoxdur.

Xəbər lenti

Xəbər lenti