...

SİTES kürüyə olan normanı yanvarda elan edəcək

Cəmiyyət Materials 20 Dekabr 2006 18:43 (UTC +04:00)

2007-ci ilin yanvarında itmək təhlükəsi olan vəhşi flora və fauna növlərinin beynəlxalq ticarəti konvensiyasının katibliyi (SİTES) 2007-ci il üçün kürü ixracı normasını elan edəcək. Bu barədə Trend BMT-nin məlumatına istinadən xəbər verir.

Ötən ilin yanvarında SİTES xəzəryanı dövlətlərinqara kürü və başqa nərə balığı məhsullarının normasını təsdiqləməkdən imtina edib. İxracın yenidən başlanmasının şərtləri qismində SİTES əsasən ixrac ölkələrindən nərə balığının populyasiyasının vəziyyəti barədə əlavə məlumatın təqdim edilməsini, həmçinin, brakonyerliyin yayılmasına yönəlmiş qəti qərarlar qəbul etməyi tələb edib. Bundan əlavə SİTES-in katibliyi AB ölkələri və İsveçrə idxalçılarının qarşısına öhdəliklər qoyub. SİTES onları nəzarətə çağırıb ki, piştaxtalarına qaçaqmalı kürü daxil olmasın.

SİTES yalnız İrandan qara kürü ixracına normanı elan edib. 2006-cı ildə bu ölkə demək olar ki, beynəlxalq bazarda heç bir rəqibə rast gəlmədən xaricə 44 ton 370 kiloqram qara kürü sata bilib. Lakin digər dörd Xəzəryanı dövlətlərin -Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan normaları 2006-cı ilə təsdiq olunmadığı üçün onlar qara kürü ixrac edə bilməyiblər. Xəzər dənizi dünyada nərə balığı kürüsünün 90 faizlik mənbəyidir.

2007-ci il üçün normalar yanvarın 2-də elan olunacaq.

Xəbər lenti

Xəbər lenti