...

Azərbaycan Prezidenti Aparatının şöbə müdiri: "Beynəlxalq təşkilatların bəyanatlarının əksəriyyəti subyektiv informasiyalara əsaslanır"

Cəmiyyət Materials 22 Dekabr 2006 18:15 (UTC +04:00)

Əgər beynəlxalq təşkilatların Azərbaycan barədə bəyanatları jurnalistlərin qanunun əleyhinə hansısa neqativ proseslərdə iştirakı ilə bağlıdırsa, biz hüquqi dövlət qururuq və buna yol vermərik. Bu barədə Trend ə Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov beynəlxalq təşkilatların Azərbaycanda mətbuat azadlığı sahəsindəki məsələ ilə əlaqədar bəyanatlarına şərh verərkən bildirib.

Ə. Həsənov təəssüfunu bildirib ki, bu bəyanatların əksəriyyəti qeyri-hökümət təşkilatlarının və ayrı-ayrı jurnalistlərin subyektiv informasiyalarına əsaslanır. "Bu bəyanatların əksəriyyətində Azərbaycanda mətbuat azadlığı ilə bağlı narahatlıq hiss olunur. Dövlət bu sahədə bütün maneələri aradan götürüb və Azərbaycanda mətbuatın inkişafı üçün bütün şərtlər yaradılıb"-deyə o qeyd edib.

Jurnalistlərin sabahkı qurultayı məsələsinə toxunaraq şöbə müdiri bütünlükdə Azərbaycanda mətbuatın inkişafının müşahidə olunduğunu deyir. Azərbaycanda mətbuatın vəziyyəti 10 il əvvəlkindən fərqlənir. Lakin neqativ faktlar qalmaqdadır və onlar Azərbaycan müstəqillik əldə edəndən sonra olduğu səviyyədədir. "Bu neqativ halların aradan qaldırılması cəhdləri, demək olar ki, nəticəsiz qalır. Reketçilik təcrübəsi, vətəndaş hüquqlarına hörmətsizlik, jurnalistin etik normalarının icra olunmaması Azərbaycanda inkişaf edir. Bunun qarşısını almaq üçün təsirli tədbirlər yoxdur. Mətbuat Şurası bununla mübarizə apara bilmir və səlahiyyətlərinin olmamasını bəhanə gətirir. Biz ümid edirik ki, qurultaydan sonra belə halları aradan qaldırmaq üçün daha effektiv metodlar qəbul olunacaq" - deyə Ə. Həsənov söyləyib.

Xəbər lenti

Xəbər lenti