...

Azərbaycan yığmasının yarımmüdafiəçisi Anatoliy Ponomaryov karyerasını Rusiyada davam etdirə bilər

Cəmiyyət Materials 23 Dekabr 2006 10:38 (UTC +04:00)

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Anatoliy Ponomaryov karyerasını birinci Rusiya liqasının "Maşuk" klubunda davam etdirə bilər.

Trend xəbər verir ki, son dövr ərzində milli komandada iştirak etməyən futbolçu atası İqor Ponomaryovun rəhbərlik etdiyi Pyatiqorsk kollektivi üçün çıxış etmək imkanlarını nəzərdən keçirir. Belə ki, o, hazırda sərbəstdir və "Vaduts" qarşısında heç bir öhdəliyi qalmadığından bu kollektivdən asılılığı yoxdur.

Eyni zamanda, keçən mövsümdə "Kalmar"ın tərkibində İsveç çempionatında bürünc medal qazanmış A.Ponomaryovun başqa komandalardan da təklifləri var ki, hazırda o, bu təklifləri nəzərdən keçirir.

Xəbər lenti

Xəbər lenti