...

"ABU" həndbol klubunun liderləri Azərbaycan Kuboku yarışlarında vida görüşü keçirəcəklər

Cəmiyyət Materials 26 Dekabr 2006 10:23 (UTC +04:00)

Dekabrın 26-da başlayacaq qadınlar arasında həndbol üzrə ölkə kuboku uğrunda yarışlar "ABU"nun timsalında Azərbaycan çempionunun üç oyunçusu üçün eyni anda vida görüşü olacaq.

Trend xəbər verir ki, komandanın rəhbərliyi bu görüşlərdə kollektivdən və yığmanın tərkibindən gedən Nino Tevtevadze, Yekaterina Jijiaşvili və Oksana Şevçik üçün vida oyunu təşkil etmək qərarına gəlib. Ona görə fəxri mükafat uğrunda oyun onlar üçün son illər ərzində uğurla daşıdıqları "ABU" paltarında sonuncu olacaq. Xüsusən N.Tevtevadze komandanın əsas vuran qolu idi və bir neçə il öncə Avropa Çempionatı seçmə turnirində ən yaxşı hücumçu kimi qiymətləndirilmişdi.

Qeyd etmək lazımdır ki, kollektivin baş məşqçisi Georgiy Voronov liderləri Rusiyadan və Ukraynadan olan legionerlərlə əvəz etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti