...

"AzərReyl"in qadın voleybolçuları Braziliya çempionları ilə görüşəcək

Cəmiyyət Materials 26 Dekabr 2006 12:25 (UTC +04:00)

"AzərReyl" qadın voleybol klubunun dekabrın 27-də İsveçrədə start götürəcək beynəlxalq ənənəvi "Top Iolley International-2006" turnirində rəqibləri müəyyən edildi.

Trend xəbər verir ki, yarışın ilk günü Faiq Qarayevin yetirmələri braziliyalı çempionlar "Reksona Ades Rio-de-Janeyro" ilə, bir gün sonra isə İspaniyanın super kubok sabiləri "Mursia" ilə görüşəcəklər. Bu görüşlərdə birinci yeri tutan kollektiv final görüşündə digər altqrupun qalibi ilə görüşmək hüququ qazanacaq. Digər altqrupda isə Fransanın güclü klubu "Kann", Almaniyanın gümüş mükafaçısı "Rote Raden Vilğsberburq" və meydan sahibləri "Valero" komandasıdır.

Qeyd etmək lazımdır ki, bu yarışlar voleybolçular üçün ötən ilin son beynəlxalq yarışı olacaq.

Xəbər lenti

Xəbər lenti