...

Sumqayıtda ölkə ali məktəblərinə qəbul imtahanlarının nəticələrinə həsr olunmuş zona iclası keçirilib

Cəmiyyət Materials 10 Yanvar 2007 16:41 (UTC +04:00)

Yanvarın 10-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Sumqayıtda olub və şimal regionunun 12 rayonunun təhsil işçilərinin iştirakı ilə iclas keçirib. Bu barədə Trend ə TQDK-dən bildiriblər.

İclas 2006-2007-ci təhsil ili üçün ölkə ali məktəblərinə qəbul imtahanlarının nəticələrinə həsr olunub.

İclasda abituriyentlərin mənfi və müsbət nəticələri qeyd olunub. İclas iştirakçıları çıxışlarında M.Abbaszadəyə öz təklif və iradlarını çatdırıblar.

Təbirdə Dövlət Komissiyasının nümayəndələri iclas iştirakçılarına 2006-cı il şəhər və rayonlarda qəbul imtahanlarında iştirak etmiş abituriyentlər tərəfindən göstərilən nəticələr üzrə statistik məlumatlar əks olunan bukletlər paylayıblar.

Xəbər lenti

Xəbər lenti