...

Dövlət komissiyası Azərbaycanın ali təhsil müəssisələrinin magistraturasına sənəd qəbulunu davam etdirir

Cəmiyyət Materials 10 Yanvar 2007 16:54 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Beynəlxalq MBA (Master of Business Administration) proqramı üzrə Azərbaycanın ali təhsil müəssisələrinin magistraturasına sənəd qəbulunu davam etdirir. Bu barədə Trend ə TQDK-dan məlumat verilib.

MBA proqramı üzrə 204 yer ayrılıb və proqram üzrə təhsil Azərbaycan Dövlət Neft Akademiyasında, Azərbaycan Dövlət İqtisadi Universitetində, "Odlar Yurdu" Universitetində, Qərb Universitetində, Qafqaz Universitetində və Xəzər Universitetində həyata keçirilir. İxtisasından asılı olmayaraq, bütün bakalavrlar magistraturaya sənəd verə bilərlər. Bu günə qədər bakalavrlardan 25 sənəd qəbul olunub.

Xarici dövlətlərin vətəndaşları, eləcə də xaricdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları Təhsil Nazirliyindən ixitsasın şifrəsi və ona uyğun istiqaməti, orta müvəffəqiyyət balını göstərməklə, diplomun tanınması haqqında arayış təqdim etməlidirlər. İmtahanda bakalavrlara 100 test tapşırığı təqdim olunur. 50 test tapşırığı məntiqi təfəkkür, 20-si xarici dil, 30-u ixtisas üzrədir. İmtahanda ən azı 50 bal toplayan bakalavrlar müsabiqəyə buraxılırlar. Eyni zamanda bakalavr ingilis dili üzrə sualların ən azı 40%-nə düzgün cavab verməlidir.

Xəbər lenti

Xəbər lenti