...

Ümumdünya Səhiyyə Təşkilatının yeni direktor müavini təyin olunub

Cəmiyyət Materials 10 Yanvar 2007 17:40 (UTC +04:00)

Dünən ÜST-in baş direktoru Marqaret Çen Anarfi Asamoa-Baaxı (Anarfi Asamoa Baah) öz müavini təyin edib. Baax artıq öz işinə başlayıb. Bu barədə Trend ÜST-ə istinadən xəbər verir.

Hanada doğulmuş Asamoa-Baax 1998-ci ildən DST-da aparıcı postları tutub. O, təşkilatda fəaliyyətə baş direktorun əsas məsləhətçisi kimi başlayıb. DST-də işləyənədək o, Qananın Tibb xidmətinin direktoru işləyib və onun ictimai səhiyyə, səhiyyə siyasəti və səhiyyə inkişafı sistemində böyük təcrübəsi var.

"Mən çox məmnunam ki, A. Asamoa-Baaxı baş direktorun müavini kimi mühüm vəzifəyə təyin etmişəm. Bizim təşkilatımız və dünya ictimaiyyəti bundan böyük xeyir götürəcək"-deyə M. Çen vurğulayıb.

Marqaret Çen ÜST-in Dünya Səhiyyə Assambleyasının 2006-cı ilin 9 noyabrında təyin edilmiş baş direktorudur.

Baş direktor vəzifəsinə təyin olunana kimi M. Çen ÜST-in baş direktorunun infeksion xəstəliklər üzrə köməkçisi, həm də pandemik qrip üzrə baş direktorun təmsilçisi olub. ÜST-dəkı vəzifələrinə qədər o, Honkqonq Səhiyyə Nazirliyində vəzifədə olub.

Xəbər lenti

Xəbər lenti