...

Misir Mərdanov: Orta məktəb məzunlarının attestatlarındakı qiymətlər əksər hallarda onların bilik səviyyəsini obyektiv əks etdirmir

Cəmiyyət Materials 15 Yanvar 2007 17:10 (UTC +04:00)

Orta məktəb məzunlarının attestatlarına yazılan qiymətlər əksər hallarda onların bilik səviyyətini obyektiv əks etdirmir. Trend in xəbərinə görə, bu sözləri yanvarın 15-də Bakıdakı 1 saylı orta məktəbdə ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş Bakı şəhəri üzrə zona müşavirəsində Azərbaycanın təhsil naziri Misir Mərdanov söyləyib.

Nazir tədbirdə iştirak edən orta məktəb direktorlarına bu cür hallara son qoyulması ilə bağlı xəbərdarlıq edib. O qeyd edib ki, məzunların attestatlarına qeyri-obyektiv bilik qiymətlərinin yazılması onların ali məktəbə qəbulla əlaqədar iştirak etdikləri test imtahanında onsuz da özünü biruzə verir. Məsələn, bəzən bilik attestatına yüksək qiymət yazılmış məzun ali məktəbə qəbulla bağlı test imtahanında ən aşağı bala da nail olmur.

"Məzunların attestatlarına yazdığınız qiymətlər yalnız obyektivliyi əks etdirməlidir. Bu istiqamətdə Təhsil Nazirliyi də müəyyən addımlar atmaq fikrindədir" - deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti