...

Moskvada FİFA və AFFA rəhbərlərinin görüşü keçirilib

Cəmiyyət Materials 23 Yanvar 2007 15:08 (UTC +04:00)

Moskvada FİFA prezidenti Yozef Blatterin və AFFA prezidenti Ramiz Mirzəyevin görüşü keçirilib. Görüşdə Azərbaycan futbolunun gələcək perspektivləri müzakirə olunub. Bu barədə Trend in Moskvadakı xüsusi müxbiri xəbər verir.

AFFA prezidenti R. Mirzəyevin FİFA rəhbəri ilə görüşündə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb. Onun sözlərinə görə, Y. Blatter milli futbolun inkişafında Azərbaycan futbol federasiyasının atdığı addımlarla maraqlanıb. "Y.Blatter Azərbaycanın qəbul etdiyi "2005-2015-ci illərdə milli futbolun inkişafı və bu yolda atılacaq addımlar barədə Dövlət proqramı"nı yüksək qiymətləndirib. O, həmçinin qeyd edib ki, Yozef Blatter 2004-cü ildə Azərbaycana gəlişini, Azərbaycan prezidenti İlham Əliyevlə dostyana və səmərəli görüşünü xoş hisslərlə xatırlayıb.

AFFA rəhbəri həmçinin məlumat verib ki, Y.Blatter legionerlərin limitinin azaldılması barədə AFFA konfransının qərarından məmnun olduğunu bildirib. Blatter qeyd edib ki, legionerlərin limitinin azaldılması FİFA-nın perspektiv siyasətinə uyğundur və bu ixtisar prosesi bütün dünyada başlayıb. R.Mirzəyev izah edib ki, bu yaxınlarda AFFA ölkənin yığmasında legionerlərin sayı 3-ü meydanda, 2-i ehtiyatda olmaqla 3+2 olacaq. O, qeyd edib ki, həmçinin qərar qəbul olunub ki, legionerlər yalnız AFFA-nın razılığından sonra Azərbaycan vətəndaşlığı qazana bilərlər. Əgər onlar Azərbaycan futboluna uğur gətirərsə, AFFA özü müvafiq instansiyalara ərizə yazıb xahiş edəcək.

Ramiz Mirzəyev həmçinin məlumat verib ki, AFFA, FİFA və UEFA arasında əməkdaşlıq uğurla həyata keçirilir. "Bu təşkilatların özlərinin futbolun inkişafı barədə proqramı var və onlar tərəfindən öhdəliklər yerinə yetirilir, məqsədli maliyyə ayrılır. Lakin əsas olan odur ki, prezident İlham Əliyev başda olmaqla bizim dövlətimiz vacib resurslar ayırır və zəruri məsələləri həll edir"-deyə AFFA prezidenti sözlərini yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti