...

"Bakı" futbol klubu Dostluq Kubokunun dörddə bir finalına çıxıb

Cəmiyyət Materials 23 Yanvar 2007 17:42 (UTC +04:00)

"Bakı" futbol klubu bu günlərdə Moskvada keçirilən Dostluq Kubokunun qrup mərhələsinin öhdəsindən gəlib.

Trend xəbər verir ki, son mərhələdə Estoniyanın "Levadiya" klubuna qalib gələn Böyükağa Hacıyevin yetirmələri ən güclü klubların səkkizliyinə düşüb və mükafat uğrunda mübarizəni davam etdirirlər. Əvvəlcə "Bakı" meydanın ortasında gedən oyunun öhdəsindən gələ bilmirdi, ona görə estonların qapısı qarşısında təhlükəli anlar futbolçularımızın fərdi ustalığı hesabına yaranırdı.

Lakin ikinci taymda "Bakı" inadkar Amiran Mucirinin qolu sayəsində eston mühafizəsini yara bilib. Vurulan qodan sonra iənzərə kəskin şəkildə dəyişib və artıq estonlar Məhəmməd Sissokonun qapısına təzyiq etməyə başlayıblar, Azərbaycan çempionu isə əks-hücumlarla kifayətlənib. Beləliklə, ftbolçularımız "Levadiya"nın təzyiqinə davam gətirə bilib və yarışın növbəti mərhələsinə keçə biliblər. Həmin mərhələdə onlar "A" qrupunun qalibi ilə görüşəcəklər.

Xəbər lenti

Xəbər lenti