...

Bakı 2016-cı il Olimpiadasının keçirilməsi üçün BOK-a hələ ərizə təqdim etməyib

Cəmiyyət Materials 30 Yanvar 2007 15:10 (UTC +04:00)

2016-cı ildə paytaxtda Yay Olimpiadasının keçirilməsi ilə bağlı Bakı ərizə verməyə hələ tələsmir.

MOK vitse-prezidenti Çingiz Hüseynzadə Trend ə bildirib ki, BOK-a ərizə vermək barədə danışmaq hələ tezdir: "Bunun üçün hələ kifayət qədər vaxt var. Ona görə hazırda biz sonradan BOK-a təqdim ediləcək sənədlərin paketini hazırlayırıqı". Ərizələrin təqdim edilməsi müddəti isə martın 31-də bitir. Beləliklə, MOK-un ixtiyarında lazımi prosedurun həyata keçirilməsi üçün iki aydan bir qədər artıq vaxt var.

Qeyd etmək lazımdır ki, Oimpiadanın özündə keçiriləmsini arzu edənlər sırasında Bakının ciddi rəqibləri hesab oluna bilən Tokio, Nyu-Dehli, Madrid, Çikaqo, Los-Ancels və bir ısra digər şəhərlər var.

Xəbər lenti

Xəbər lenti