...

ATƏT Azərbaycanda jurnalistlərin həbsi ilə əlaqədar narahatlığını ifadə edib

Cəmiyyət Materials 31 Yanvar 2007 19:03 (UTC +04:00)

ATƏT-in Bakı Ofisi və təşkilatın Mətbuat azadlığı üzrə nümayəndəsi bu gün Azərbaycanda jurnalist Fərəməz Novruzoğlu və Note Bene qəzetinin baş redaktoru Sərdar Əlibəylinin iki il və bir il yarım müddətinə məhkum edilməsi ilə bağlı öz narahatlıqlarını bildiriblər. Bu barədə ATƏT-in Bakı ofisinin məlumatına əsasən Trend xəbər verir.

"Bu cür sərt addımlar jurnalistlərin peşəkarlığının artmasına kömək etməyəcək və yalnız özünüsenzura xorasının inkişafına xidmət edəcək" - deyə ATƏT-in Bakı Ofisinin fəaliyyətdə olan rəhbəri Robin Sivord bildirib.

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Miklos Haraşti əlavə edib: "Mən Azərbaycanda jurnalistlərin fəaliyyətinin kriminallaşdırılmasının davam etməsi xəbərlərini eşitməkdən kədərlənirəm. Heç vaxt jurnalistlərin məhkəmə vasitəsi ilə nizam-intizama gətirilməsi yüksək peşəkarlıqla nəticələnməyib, əksinə bu, həmişə cəmiyyətdə fikir mübadiləsi azadlığını boğur. Üstəlik, beynəlxalq standatlara ziddir."

ATƏT-in Bakı Ofisi Azərbaycan hökumətini tez bir zamanda hüquqi islahatlar aparmağa və Bakı Ofisi ilə birlikdə Yeni Nəsil - in hazırladığı Azərbaycanın ilk defamasiya qanununu əsas kimi istifadə etməyə çağırır.

Xəbər lenti

Xəbər lenti