...

"Dini etiqad azadlığı haqqında" yeni qanun hazırlanır

Cəmiyyət Materials 5 Fevral 2007 19:35 (UTC +04:00)

"Dini etiqad azadlığı haqqında" yeni qanun layihəsi hazırlanır. Trend in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib.

Komissiya sədri qeyd edib ki, hazırda qüvvədə olan qanun 1992-ci ildə qəbul olunub. O vaxtdan kecən dövr ərzində Azərbaycanda baş verən dəyişikliklər "Dini etiqad azadlığı haqqında" qanunun yenidən hazırlanmasını zərurətə çevirib.

R.Aslanova vurğulayıb ki, bu qanunun qəbul olunması ilə bağlı heç bir problem yoxdur.

Komissiya sədri deyib ki, müxtəlif ölkələrin "Dini etiqad azadlığı haqqında" qanunlarını öyrənir, onların müqayisəli təhlilini aparırlar.

"Amma Azərbaycanın öz modeli var. Bu model digərlərindən fərqlənir. Hesab edirəm ki, hüquqi və demokratik dövlətin tələbatından və siyasi təbiətindən irəli gələn bir qanun layihəsinin hazırlanmasına ehtiyac var və biz bunu edəcəyik", -deyə Rəbiyyət Aslanova qeyd edib.

Xəbər lenti

Xəbər lenti