...

Azərbaycanın futbol yığması Özbəkistana yola düşüb

Cəmiyyət Materials 6 Fevral 2007 14:04 (UTC +04:00)

Azərbaycanın futbol yığması Özbəkistana yola düşüb. Orada fevralın 7-də Karşidə həmin ölkənin komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Kollektivin baş məşqçisi Şahin Diniyevin Trend ə verdiyi xəbərə görə, müxtəlif taktiki sxemlər üzrə iş və bu və ya digər mövqedə namizədlərin yoxlanması hələ başa çatmayıb. Ona görə də məşqçi özbəklərə qarşı meydana çıxacaq heyət haqqında qərarı oyunçuların kondisiyalarını diqqətə alaraq, oyundan bir qədər əvvəl qəbul edəcək. "Biz kifayət qədər ciddi rəqiblə mübarizə aparacağıq. Bu komanda ev görüşlərində xüsusilə güclü çıxış edir. Ona görə də görüş 2008-ci il Avropa çempionatının seçim görüşlərindən əvvəl yaxşı yoxlama olacaq", - deyə Ş.Diniyev qeyd edib.

Qeyd etmək lazımdır ki, sonuncu dəfə komanda Özbəkistanla 2006-cı ildə Bakıda görüşüb və yoldaşlıq oyununda 3:1 hesabı ilə qalib gəlib.

Xəbər lenti

Xəbər lenti