...

"Ural-Qreyt"in prezidenti hesab edir ki, Kurtinaytisin dəvət olunması səhv olub

Cəmiyyət Materials 12 Fevral 2007 16:18 (UTC +04:00)

""Ural-Qreyt"in baş məşqçisi postuna Rimas Kurtinaytisin dəvət olunması səhv olub". Bu barədə "Exo Permi" radiostansiyasının canlı efirində qonaq olmuş komandanın prezidenti Anjrey Agişeş bəyan edib.

Klubun rəsmi saytına istinadən Trend məlumat verir ki, A.Agişev qeyd edib ki, litviyalının dəvət olunması qərarını baş menecer Sergey Belov təklif edib. "Prinsipcə, biz kifayət qədər çox müzakirə etdik və S.Belov etiraf etdi ki, bu səhv olub və bu nə onun, nə də mənim qərara olan məsuliyyətimdən çıxılmır. Məşqçi vəzifəsini icra edən Sergey Zozulinə gəldikdə isə, biz əvvəlcədən onu gələcək üçün işə cəlb etmişik. Çünki o, həqiqətən də gənclərlə iş üzrə böyük mütəxəssisdir. Belə çıxır ki, indi o "Ural-Qeyt"in gələcəyinin və bu gününün formalaşdırılması ilə bağlı faktiki olaraq seleksiya işlərini birləşdirib".

Xəbər lenti

Xəbər lenti