Bu ilin yazında Azərbaycanda Moldova Mədəniyyəti Günləri keçirilməsi planlaşdırılır. Bu barədə Trend ə Azərbaycan Mədəniyyət Nazirliyindən bildiriblər.
Mədəniyyət Günlər proqramına fotosərgilərin təşkili, moldovalı rejissorların filmlərinin nümayişi, folklor kollektivlərin çıxışları və s. daxildir. Hazırda Mədəniyyət Nazirliyində nəzərdə tutulan tədbirlərin proqramı müzakirə edilir.