...

Azərbaycanın futbol yığması Krımskdakı hazırlıqlarda üç oyun keçirəcək

Cəmiyyət Materials 22 Fevral 2007 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müx. Z.Səfərov/ Avropa birinciliyinə hazırlıq çərçivəsində Krımskda keçiriləcək yoxlama oyunları üzrə Azərbaycanın futbol yığmasının (U-17) rəqibləri müəyyən olunub.

AFFA-dan Trend ə verilən xəbərə görə, fevralın 27-də komandanın Volqoqraddan olan "Olimpiya"ya qarşı birinci qarşılaşması olacaq. Həmçinin kollektiv eyniadlı şəhərin "Bataysk" komandası ilə gücünü sınayacaq, martın 3-də isə Naxodkadan olan "Okean"a qarşı meydana çıxacaq. Gələcək oyun zamanı yığmanın məşqçi qərargahı yığmaya potensial namizədləri nəzərdən keçirəcək, heyəti müəyyənləşdirəcək, eləcə də müxtəlif taktiki sxemlərdə oynayacaq.

Xatırladaq ki, komanda qitə birinciliyinin seçim mərhələsindən uğurla keçib və indi elit raunda düşüb. Bu raundda onun rəqibləri Bosniya, İngiltərə və Serbiya olacaq.

Xəbər lenti

Xəbər lenti