...

Azərbaycan boksçuları İranda keçiriləcək "Fəcr" turnirində iştirak edəcəklər

Cəmiyyət Materials 2 Mart 2007 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / müxbir Z.Səfərov/ Azərbaycanın boksçulardan ibarət komandası martın ikisindən Tehranda başlayan "Fəcr" beynəlxalq turnirində iştirak edəcək. Boks üzrə Milli Federasiyanın prezidenti Ağacan Əbiyevin Trend ə verdiyi məlumata görə komandaya Afina olimpiadasıını iştirakçısı Ceyhun Əbiyev (48 kq), Elşən İsmayılov (51 kq), 2005-ci id dünya çempionatının bürünc mükafatçısı Emil Məhərrəmov (64 kq), Natiq Alışev (69 kq), Zaur Teymurov (81 kq) və Sidney olimpiadasının bürünc medalçısı Vüqar Ələkbərov (+91 kq) daxildir.

Ağacan Əbiyev qeyd elədi ki, İran rinqinə əsas yığmanın tərkibində olan dəri əlcək ustaları və ehtiyat üzvlər çıxacaqlar. Demək olar ki, Tehran səfəri bütün idmançılar üçün bu il ilk beynəlxalq səfər olacaq.

Xəbər lenti

Xəbər lenti