...

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi: Çimkənd turnirindəki nəticə böyük əhəmiyyət kəsb edəcək

Cəmiyyət Materials 6 Mart 2007 12:18 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/"Yığmanın Qazaxıstandakı yarışda nümayiş etdirdiyi nəticələrə böyük əhəmiyyət verirəm". Bu barədə futbol üzrə milli yığma komandanın baş məşqçisi Şahin Diniyev Çimkənddə "Alma TV Kuboku"nun başlanması ərəfəsində bəyan edib.

Onun sözlərinə görə, ən əsas məqsəd tərkibin formalaşdırılmasıdır. Yığma Avropa-2008 çempionatının bu yaxınlarda keçiriləcək ixtisaslaşdırılmış görüşlərində polyak və finlərə qarşı oynayacaq. "Bizim yerinə yetirməyə çalışdığımız əsas məqsədimiz budur. Qazaxıstandakı oyunlar seçim oyunları ərəfəsində kollektiv üçün əla poliqon olacaq", deyə məşqçi qeyd edib.

Qeyd etmək lazımdır ki, yığma Avro-2008 seçimində çox da yaxşı iştirak etmir. Komandanın aktivində Qazaxıstanla heç-heçə - 1:1 hesabından sonra yalnız bir xalı var.

Xəbər lenti

Xəbər lenti