...

Millət vəkili: "Azərbaycan və türk diaspor təşkilatlarının birinci Bakı forumu türk xalqlarının yaxınlaşmasında böyük bir mərhələnin başlanğıçıdır"

Cəmiyyət Materials 12 Mart 2007 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin Bakıda keçirilən birinci forumu türk xalqlarının bir- birinə yaxınlaşmasında böyük bir mərhələnin başlanğıçıdır. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə belə deyib.

O qeyd edib ki, bu mərhələnin başlanğıcını Azərbaycan və türk xalqları birgə qoyublar: "Düzdür, indiyə qədər də birgə fəaliyyət var idi. Amma bunu elan etmək lazım idi. Forumun Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın dəstəyi və iştirakı ilə keçirilməsi onu göstərir ki, iki xalq bütün məsələlərdə birgə fəaliyyət göstərməyin yeni formalarını tapıb."

Millət vəkili vurğulayıb ki, Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının qarşısında duran vəzifələr ən yüksək səviyyədə bəyan olunub. Bu, Azərbaycanı və Türkiyəni dünyada tanıtmaqdan, iki ölkə ilə bağlı həqiqətləri dünyada yaymaqdan, milli maraqları xaricdə müdafiə etməkdən ibarətdir.

Azərbaycan və Türkiyə diaspor təşkilatlarının erməni lobbisi ilə mübarizədə qalib gəlmə şanslarına gəlincə, A.Mirzəzadə vurğulayıb ki, ermənilər tarix boyu diaspor şəklində yaşayıblar: "Ermənilərin vətəninin hara olduğunu tarix müəyyənləşdirə bilmir. Ermənilər həmişə digər xalqların daxilində yaşayıblar, onların uğurlarından bəhrələniblər və sonda da həmin xalqlara xəyanat ediblər. Onların diasporu bu şəkildə qurulub. Mən onlardan nəyisə öyrənməyin tərəfdarı deyiləm."

A.Mirzəzadənin fikrincə, hər bir diaspor təşkilatı öz ölkəsində necə fəaliyyət göstərməyin yollarını yaxşı bilir: "Bu da soydaşlarımızın yaşadıqları ölkənin layiqli vətəndaşı olmaqdan və öz ana vətəninin də uğuru üçün çalışmaq və buna öz tövhəsini verməkdən ibarətdir. Heç bir ikili standart buna mane ola bilməz."

Xəbər lenti

Xəbər lenti