...

"Müxalifət"qəzetnin əməkdaşının iddiası üzrə proses keçirilib

Cəmiyyət Materials 3 Aprel 2007 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Nəsimi rayon məhkəməsində hakim Gülnarə Tağızadənin sədrliyi ilə "Müxalifət" qəzetinin əməkdaşı Yaşar Ağazadənin Samir Şərifova qarşı informasiya sorğusuna əsaslı cavab verməməsi ilə bağlı iddiasıüzrə bu gün növbəti məhkəmə prosesi keçirilib. Ağazadə çərşənbə axşamı Trend ə açıqlamasında bildirib ki, ötən prosesdə məhkəmə onun vəsatətini təmin edərək Maliyyə Nazirliyinin ötən il təftiş və yoxlama aparılması nəzərdə tutulan iş planının məhkəməyə təqdim olunmasını cavabdehə həvalə etmişdi. Lakin Maliyyə Nazirliyi iş planın məhkəməyə təqdim etmədiyindən proses aprelin 5-ə təxirə salınıb.

Hakim bildirib ki, növbəti prosesdə iş planı təqdim olunmazsa, cavabdeh barəsində xüsusi qərardad çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti