...

Boks üzrə ABŞ komandası Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək

Cəmiyyət Materials 5 Aprel 2007 11:24 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/Boks üzrə ABŞ komandası 7-13 may tarixində Bakıda keçiriləcək Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.

ABŞ Federasiyası ilkin olaraq bu yarışı özünün təqvim planına daxil edib, buna görə də amerikalı boksçular məqsədli şəkildə starta başlayır. Xüsusən də onlar Bakıya ilk dəfə deyil ki, gəlirlər. İki il bundan əvvəl matç görüşündə, həmçinin şimali amerikalılar Həvəskar Boksun Ümumdünya Assosiasiyasının (AIBA) eks-prezidenti Ənvər Çoudri Kubokunda bir neçə dəfə iştirak edib.

Yarışmada həmçinin Rusiya, Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan və bir sıra başqa dövlətlərin də idmançılarının iştirakı gözlənilir. Hazırda Federasiya komandaların ərizələrini qəbul etməkdə davam edir, buna görə də turnirin tərkibi haqqında daha ətraflı aprelin sonunda danışmaq olar.

Xəbər lenti

Xəbər lenti