Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/İldən ilə Azərbaycan çempionatının səviyyəsi artır və bu fakt bizi sevindirməyə bilməz. Bu barədə Trend ə Milli Federasiyanın vitse-prezidenti Altay Həsənov ölkə birinciliyinin yekunlarını şərh edərkən bəyan edib.
O, qeyd edib ki, gimnastlar liderlərə yaxınlaşır və buna görə də daxili yarışmada rəqabət yalnız artır. "Son dövrlər ərzində əhəmiyyətli irəliləyişə Zeynəb Cavadlı və Leyla Şamilova nail olub. Birinci gimnast ABŞ və Moskvada keçirilən turnirdə uğurla çıxış edərək komanda tərkibinin mükəmməl idmançısı olub. Bununla yanaşı, yerli mütəxəssislər daha məhsuldar işləməyə başlayıblar və yığma üçün layiqli növbə hazırlayıblar" - deyə A.Həsənov qeyd edib.
O, həmçinin vurğulayıb ki, perspektivdə Azərbaycan Pekin Olimpiadası üçün Patrasda dünya çempionatında oynanılacaq üç putyovka uğrunda mübarizə aparmaq niyyətindədir