...

UEFA Ermənistan-Azərbaycan matçının Ermənistandan kənar yerdə keçirilməsinə qərar versə, EFF idman arbitraj məhkəməsinə müraciət edə bilər

Cəmiyyət Materials 13 Aprel 2007 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. " Z.Səfərov / Əgər UEFA Ermənistan-Azərbaycan matçının Ermənistandan kənar yerdə keçirilməsinə qərar versə, Ermənistan Futbol Federasiyası (EFF) idman arbitraj məhkəməsinə müraciət edə bilər. Trend in "Reqnum"a istinadən yaydığı xəbərə görə, EFF prezidenti Ruben Ayrapetyan bildirib ki, erməni tərəfi UEFA-nın bütün qərarları ilə razılaşmayacaq. "Bizim etiraz etmək hüququmuz var. Səfər oyunu barədə bir şey deyə bilmərəm. Hansı qərar qəbul olunacaq, onu da icra etməyə və istənilən yerdə oynamağa hazırıq. O ki qaldı ev oyununa, o mütləq Yerevanda keçirilməlidir. Əgər başqa qərar qəbul olunsa, idman arbitraj məhkəməsinə müraciət edəcəyik, bu işi udacağıq və ev oyununu Yerevanda keçirəcəyik. Başqa cür ola bilməz" - deyə Ayrapetyan vurğulayıb.

Xatırladaq ki, bu günlərdə Nyonda AFFA ilə EFF arasında oyunların keçiriləcəyi yerlə bağlı danışıqlar keçirilib və nəticəsiz yekunlaşıb.

Xəbər lenti

Xəbər lenti