...

Azərbaycanın hüquq müdafiəçisi ABŞ Dövlət departamentinin mükafatına layiq görülüb

Cəmiyyət Materials 13 Aprel 2007 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. " S.Ağayeva / Azərbaycan qadınlarının hüquqlarının müdafiəsi komitəsinin sədri Novella Cəfəroğlu qadınların hüquqlarının müdafiəsi sahəsində xidmətlərinə görə ABŞ Dövlət katibi Kondoliza Raysın təsis etdiyi Beynəlxalq Qadın Şücaəti mükafatına layiq görülüb. Cəfəroğluna mükafatı cümə günü ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi təqdim edib.

Amerikalı diplomat Cəfəroğlunun Azərbaycanda siyasi, iqtisadi və sosial sahələrdə gender bərabərliyinin təminatı istiqamətindəki xidmətlərini yüksək dəyərləndirib.

Dersi həmçinin Cəfəroğlunun Azərbaycanda demokratik və vətəndaş cəmiyyətinin formalaşdırılmasındakı rolunu, habelə siyasi məhbusların hüquqlarının müdafiəsi və seçkilərin müşahidəsi sahəsindəki xidmətlərini qeyd edib.

Xəbər lenti

Xəbər lenti