...

Nazir müavini: "İnsan alveri ilə bağlı 25 fakt aşkarlanıb"

Cəmiyyət Materials 16 Aprel 2007 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Daxili İşlər Nazirliyi strukturlarında iki minə yaxın qadın çalışır. Onların əksəriyyəti zabit heyətində təmsil olunur. Bu barədə Daxili işlər nazirinin müavini Oruc Zalov bazar ertəsi qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması mövzusunda keçirilən toplantıda çıxışışı zamanı açıqlama verib.

Zalov bildirib ki, Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı olan qadınlardan polkovnik rütbəsinə yüksələnlər də var.

Nazir müavini onu da deyib ki, Azərbaycanda baş verən cinayətlərin 25 faizi qadınlarla əlaqədar (qadınlara qarşı zorakılıq və s.) olur. Zalovun sözlərinə görə, DİN-nin İnsan Alverinə qarşı Mübarizə İdarəsi bu ilin üç ayı ərzində qadın alveri ilə əlaqədar 25 fakt aşkarlayıb, cinayət işi açılaraq 32 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Zalov əlavə edib ki, qadınların problemləri ilə əlaqədar nazirlik bir neçə rayonda eksperiment sahə rəisi postları yaradıb. Nazir müavininin sözlərinə görə, qadınların şikayətlərinin, problemlərinin araşdırılması məqsədilə həyata keçirilən bu metod gələcəkdə daha geniş şəkildə tətbiq ediləcək.

Xəbər lenti

Xəbər lenti