...

Azərbaycan-Ermənistan oyununun taleyini UEFA iyunda həll edəcək

Cəmiyyət Materials 18 Aprel 2007 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycan və Ermənistan yığmaları arasında Avro-2008 çempionatının seçim oyunlarının keçiriləcəyi yer iyun ayında müəyyənləşəcək.

Trend xəbər verir ki, ilk öncə bu məsələnin UEFA-nın Kardiffdəki toplantısına qədər həll olunacağı güman edilirdi, amma Avropa Futbol İttifaqı vəziyyəti daha sonra müzakirə etməyi qərara alıb. UEFA iki ölkə arasındakı gərgin vəziyyəti nəzərə alaraq son qərarı çıxarmaq üçün növbəti dəfə vəziyyəti araşdırmaq qərarına gəlib. Buna görə də bu məsələdə UEFA-nın İcraiyyə Komitəsinin iyundakı toplantısı həlledici olacaq.

Qeyd edək ki, AFFA hər iki oyunun neytral meydanda keçirilməsinin tərəfdarıdır. Ermənistan tərəfi isə oyunların Bakı və İrəvanda keçirilməsində israr edir.

Xəbər lenti

Xəbər lenti