...

Azərbaycanın Qobustan həbsxanasında məhkumlar aclığı dayandırdı

Cəmiyyət Materials 20 Aprel 2007 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında aclıq edən məhkumlar bu gün günün ikinci yarısı aclığı dayandırıblar. Bu barədə Trend ə cümə günü həbsxananın rəisi Əlizadə Hüseynov məlumat verib. Bildirib ki, məhkumlar aclığı dayandırmaq barədə özləri qərar veriblər.

Rəis aksiya keçirənlərin səhhətləri ilə bağlı problem olmadığını deyib.

Əlizadənin sözlərinə görə, aprelin 16-dan bağlayan aksiyada 26 məhkum iştirak edib. Onlardan 6-sı dünən aclığı dayandırıb.

Məhkumların aksiya keçirməsi cəzalarının 15 ilə endirilməsi və işlərinə yenidən baxılması ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti