Azərbaycan, Bakı, 20 aprel /müx. "TrendLife" F.Sadıxov
Yaxın günlərdə Azərbaycanda nəşr olunan Kütləvi İnformasiya Vasitələri sırasına yeni bir jurnal da qoşulacaq. Bu, parlament jurnalistlərini özündə birləşdirən Tərəfsiz Jurnalistlər Birliyinin təsis etdiyi "Çağdaş Azərbaycan" jurnalıdır. Təşkilatın sədri Elşad Eyvazlı "TrendLife"a bildirib ki, jurnal bu gün Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Onun sözlərinə görə, iyunun 1-dən nəşrə başlaycaq jurnalda daha çox analitik yazılara, bütün sahələrə dair araşdırmalara yer veriləcək