...

Müstəqil Azərbaycan Universitetinin tələbələrinin iddiasına baxılıb

Cəmiyyət Materials 24 Aprel 2007 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Nərimanov rayon məhkəməsində hakim Məlahət Əhmədovanın sədrliyi ilə bu gün Müstəqil Azərbaycan Universiteti tələbələrinin Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Beynəlxalq Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Naxçıvan Dövlət Universiteti, Müstəqil Azərbaycan Universiteti və Azərbaycan Respublikası Hərbi Komissarlığına qarşı İnformasiya sorğusuna cavab verməkdən imtinanın qanunsuz sayılması barədə şikayəti üzrə proses keçirilib. Məhkəmədən çərşənbə axşamı bildirilib ki, Hərbi Komissarlıq və Bakı Dövlət Universitetinin nümayəndələri informasiya sorğusunu almadıqlarını bildirib.Təhsil Nazirliyinin nümayəndəsi bu barədə Binəqədi rayon məhkəməsində keçirilmiş prosesdə iddiaçıların sorğularının cavablandırıldığını əsas gətirərək sorğunun yenidən cavablandırılmasına lüzum görməyib. Nümayəndə həmçinin Binəqədi rayon məhkəməsinin tələbələrin təhsil hüququnun bərpası və dəyən mənəvi ziyanın ödənilməsi barədə qətnaməsindən verilmiş apellyasiya şikayətinin onlara təqdim olunmasını istəyib və məhkəmə bu vəsatəti təmin edib.

İddiaçı bəzi cavabdehlərin informasiya sorğusunu almaması səbəbindən məhkəmənin təxirə salınmasını istəyib. Proses bu səbəbdən aprelin 30-nadək təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti