...

"Gündəlik Azərbaycan" qəzetinin şöbə redaktoru ekspertizadan keçirilib

Cəmiyyət Materials 25 Aprel 2007 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / "Gündəlik Azərbaycan" qəzetinin şöbə redaktoru, ehtiyatda olan polkovnik-leytnant Üzeyir Cəfərov ekspertizadan keçirilib. Bu barədə Trend ə çərşənbə günü Yasamal Rayon Polis İdarəsi istintaq şöbəsinin müstəntiqi Rafiq Əliyev məlumat verib.

Əliyev bildirib ki, məhkəmə-tibb ekspertizasının nəticəsi hələlik məlum deyil. Nəticələr bir müddət sonra məlum olacaq. Müstəntiqin sözlərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə cinayət işi açılıb. Müstəntiq ekspertizanın nəticəsindən asılı olaraq bu maddənin digəri ilə əvəzlənəcəyini istisna etmir: "Xəsarət dərəcəsi hələlik müəyyənləşdirilməyib. Xəsarət dərəcəsindən asılı olaraq bu maddə yenisi ilə tövsif oluna bilər".

Cəfərov isə bildirib ki, bu gün səhər Yasamal rayon məhkəmə-tibb eksperti Nuru Allahyarov tərəfindən ekspertiuzadan keçirilib. Aldığı hər üç xəsərətin ağır dərəcəli olduğu təsdiqlənib. Cəfərovun sözlərinə görə, ekspertizanın rəyi o, xəstəxanadan çıxandan sonra məlum olacaq. Günün ikinci yarısı isə Cəfərov istintaqa ifadə verəcək.

Cəfərov aprelin 20-də gecə saatlarında işlədiyi qəzetin redaksiyasından çıxarkən naməlim şəxslərin hücumuna məruz qalıb. O, ağır bədən xəsarətləri ilə Tibbi Klinik Mərkəzə yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti