...

Rusiya ali məktəblərinin ölkəmizdəki filialları yoxlanılacaq

Cəmiyyət Materials 25 Aprel 2007 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel /korr.TrendLife Fərid Sadıxov/ Rusiya ali məktəblərinin Azərbaycandakı filialları yoxlanılması üçün birgə komissiya yaradılıb. Bu gün komissiyanın üzvləri təhsil naziri Misir Mərdanovla görüşüblər.

Nazir bildirib ki, Təhsil Nazirliyi kollegiyasının xüsusi qərarı ilə hər bir filial haqqında məhkəmə qərarı çıxarılıb. M.Mərdanovun sözlərinə görə, mövcud tələblərə görə, həmin filiallarda Rusiyanın tanınmış alimləri mühazirələr oxumalı, dərslər keçməli və tələbələr bu ölkədə istehsalat təcrübəsində olmalıdırlar.

Rusiya Elm və Təhsil Nazirliyinin nümayəndəsi Vladimir Klyukin isə xatırladıb ki, birgə komissiya Rusiya ali məktəblərinin Azərbaycandakı 4 filialının fəaliyyətini yoxlayacaq. Bu zaman həmin filiallarda maddi-texniki baza, elmi-pedaqoji potensial və tədris prosesinin təşkili vəziyyəti araşdırılacaq.

Xəbər lenti

Xəbər lenti