...

ATAF-ın Fransada yeni şöbəsi yaradılıb.

Cəmiyyət Materials 26 Aprel 2007 13:24 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Belçikada fəaliyyət göstərən Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) Fransada yeni şöbəsi yaradılıb. Strasburqda yaradılan şöbənin təşəbbüsçüləri şəhərin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələrdir.

ATAF-ın baş katibi Vüsal Məmmədov Trend in müxbirinə verdiyi eksklüziv müsahibədə Avropanın başqa ölkə və şəhərlərində də şöbələrin açılmasıyla bağlı iş getdiyini bildirib. Şöbələrin çoxalmasının təşkilatı daha da gücləndirəcəyini qeyd edən baş katib, bunun Azərbaycanın xaricdə təmsil edilməsi və tanıdılmasında əhəmiyyətli olduğunu ifadə edib.

ATAF-ın Strasburq şöbəsinin yaradıcılarından biri olan Afət Paşayeva isə bunu uğurlu bir addım olaraq qiymətləndirərək, Azərbaycanı Fransada tanıtmaq üçün çox çalışacaqlarını söyləyib. Strasburq şöbəsinin digər koordinatorları Esmira Qasımova və Ülkər Məmmədova da müxtəlif layihələr üzərində işlədiklərini, yaxında ardıcıl olaraq bunları ictimaiyyətə çatdıracaqlarını bildiriblər.

Xatırladaq ki, 10 apreldə Strasburqda təhsil alan azərbaycanlı tələbələrin Avropa Şurasında keçirdiyi ilk forumdan sonra ATAF-ın Strasburq şöbəsinin yaradılması barədə qərar qəbul edilmişdi.

Xəbər lenti

Xəbər lenti