...

Azərbaycanın Qobustan həbsxanasında ömürlük azadlıqdan məhrum edilmiş məhkum aclığı dayandırıb – versiya 2

Cəmiyyət Materials 26 Aprel 2007 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Afiyəddin Cəlilovun ölümündə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Dəyanət Kərimov aprelin 14-dən başladığı aclıq aksiyasını bu gün dayandırıb. Bu barədə cümə axşamı məhkumun bacısı Nübar Kərimova məlumat verib. Bildirib ki, bir saat öncə qardaşı ilə danışıb. Qardaşı səhhətində yaranmış ciddi problemlə əlaqədar aclığı dayandırıb. Kərimovanın sözlərinə görə, qardaşına sistem köçürülür. Kərimov aclığı müvəqqəti dayandırdığını, səhhətindəki problem aradan qalxandan sonra aclığı davam etdirəcəyini deyib.

Kərimov qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlərlə görüş tələb edir.

Bir qrup məhkum aprelin 16-dan aclıq edərək barələrindəki ömürlük azadlıqdan məhrumetmə cəzasının 15 ilə endirilməsini tələb edib. Aprelin 20-də isə məhkumlar aksiyanı öz istəkləri ilə dayandırıblar. Məhkumların saxlanma şəraitindən və həbsxana işçilərinin onlara münasibətindən şikayətləri yoxdur.

Xəbər lenti

Xəbər lenti