...

Aqil M.Quliyev coşub-daşır

Cəmiyyət Materials 1 May 2007 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 1may/müx. "TrendLife" V.Vüqarlı/

Tanınmış Azərbaycan klipmeykeri Aqil M.Quliyev "TrendLife"a bildirib ki, "jurnalistlərin uydurmalarından" artıq bezib. Özü haqda gedən şayiələr onu təngə gətirib. Bəzi KİV-lərin verdiyi məlumuta görə, guya Aqil Faiq Ağayevi şou-biznesdən silmək istəyir. "Bilmirəm belə uydurmaları yaymaq kimə sərf edir. Lakin mən artıq bunlara dözən deyiləm. Belə şayiələr yazanları məhkəməyə verəcəm. Artıq yorulmuşam. Mənim haqqımda yazılanların çoxu "jurnalistlərin fantaziyalarıdır" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti